20 Sentyabr 2024
Dünya futbolu

“Qızıl top”u ispaniyalı futbolçu qazana bilər

“Goal” 2024-cü ildə “Qızıl top”a namizədlərin reytinq cədvəlinin yenilənmiş versiyasını təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, “Real”ın hücumçusu Vinisius Junior birinci pillədən ikinci yerə düşüb. İndi lider İspaniya millisi ilə birlikdə Avro 2024-ün qalibi olan və turnirin ən yaxşı oyunçusu kimi tanınan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodridir.

Siyaının üçüncü pilləsində isə Jud Bellinqem yer alıb.  Sonrakı yerləri Daniel Karvaxal (“Real”), Lautaro Martines (“İnter”) və Toni Kroos (“Real”) tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43