Bu gün FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın ən güclüsü bəlli olub. "Real"ın hücumçusu Kriştiano Ronaldo rəqibləri Frank Riberi və Lionel Messinin geridə qoyaraq "Qızıl top"un sahibi olub.
Xatırladaq ki, bu mükafatı sonuncu dəfə Messi əldə etmişdi.