“France Football” nəşrinin təsis etdiyi “Qızıl Top” mükafatını “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu ötən mövsüm komandası ilə İngiltərə, İspaniya yığmasıyla isə Avropa çempionu olub.
İlin ən yaxşı gənc oyunçusu “Barselona”nın oyunçusu Lamin Yamal seçilib. Türkiyəli yarımmüdafiəçi Arda Gülər isə ikinci olub.