“Sabah”ın prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Matç TV”yə yeni baş məşqçi Vasili Berezutski haqda danışıb.
İdmanxeber.az xəbər verir ki, o, Misli Premyer Liqasının 15-ci turunda “Səbail”ə qalib gəlməsini (1:0) və ölkə kubokunda “Turan Tovuz” (2:2, penaltilər seriyasında – 1:3) səddini keçməklərini şərh edib.
– “Səbail”lə ilk oyunu necə dəyərləndirirsiniz? Vasili Berezutskinin rəhbərliyi altında keçirilən oyun sizi qane etdi?
– İlk oyunun nəticəsi bizi qane etdi. İndi qrafik sıxdır, qlobal dəyişikliklər üçün vaxt yoxdur. Lakin biz addım-addım irəliləyəcəyik və hər oyunda təkmilləşəcəyik.
– Kifayət qədər gərgin keçən kubokdakı oyunu necə qiymətləndirirsiniz?
– Oyun çətin keçdi. “Turan Tovuz” yaxşı təşkilatlanmış komandadır. Üstəgəl uzun səfər, süni meydança və azarkeşlərin aktiv dəstəyi mürəkkəbliyi daha da artırırdı. Əsas odur ki, kubokda mərhələ adladıq, irəliləyirik.