19 Sentyabr 2024
Dünya futbolu

“Qoca sinyora” daha bir “Latsio”lunu istəyir

“Yuventus” Mattia Zakkanyini transfer etmək istəyir.

İdmanxeber.az məlumat verir ki, “qoca sinyora” 28 yaşlı oyunçunun meneceriylə danışıqlara başlayıb. 

Zakkanyi 2021-ci ildən “Latsio”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Turin klubu Zakkanyidən başqa digər “Latsio”lu Felipe Andersonu da yayda azad agent kimi heyətinə qatmağı düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43