“Dinamo”nun futbolçusu Mahir Emreli yoldaşlıq oyununda “Nafta”nı (Sloveniya) məğlub etdikləri matçdan (3:0) sonra açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, komandasının sonuncu qoluna imza atan forvard bunları söyləyib:
“Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm.
Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq”.