Ölkə futbolu

Qriqorçuk Cavid Hüseynovdan danışdı: “Şikayətlənməyə dəyməz”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun ukraynalı baş məşqçisi məlum olaylarla əlaqədar komandadan uzaqlaşdırılan kapitan Cavid Hüseynovun məsələsinə münasibət bildirib: 

“Bizim üçün təbii ki, bu, itkidir. Hazırda o, komandanın əsas heyət oyunçusu idi. Amma bundan danışmağa, şikayətlənməyə dəyməz. Çünki yüksək nəticələrə nail olmaq istəyən komandada əvəzolunmaz futbolçu olmamalıdır. Hər bir komandada istənilən futbolçunu əvəzləyə biləcək oyunçu olmalıdır. Ümid edirəm ki, bizdə də belə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43