22 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk “Kəpəz”ə məğlubiyyətini şərh etdi

"Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Bu rəqiblə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidir. “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik".

İdmanxeber.com-un klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 19-cu turunda "Kəpəz"ə uduzduqları oyundan (0:3) sonra deyib.

Ukranynalı mütəxəssis meydanın istənilən vəziyyətdə olmamasının komandasının oyununa təsir etdiyini bildirib: "Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu.

Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43