Ölkə futbolu

Qriqorçuk onu “Neftçi”də görmək istəmir

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk yeni mövsümün planlamasına start verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis Fərid Yusiflini növbəti mövsüm üçün heyətdə düşünmür. Futbolçunun hazırkı durumu Qriqorçuku qane etməyib.

Hətta rəhbərlik ukraynalı mütəxəssisin göstərişi ilə artıq həmin mövqe üçün yeni futbolçu axtarışına start verib.

Bu səbəbdən də Yusifli böyük ehtimalla “Neftçi”dən ayrılacaq. Onun karyerasını icarə əsasında başqa klubda davam etdirəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43