Avropa Liqasının III təsnifat mərəhləsinin ilk görüşündə “Qəbələ” Kiprdə “Apollon”la qollu heç-heçə edərək tur adlamaq şanslarını yüksəldib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında bunları dedi:
“Sergey Boyko Ukraynanın ən yaxşı hakimlərindən biridir. Mənimlə razılaşmaya bilərsiniz. Ancaq Boyko və briqadası oyunu yüksək səviyyədə idarə etdi. Penalti epizoduna gəlincə mən görmədim, amma futbolçularım qayda pozuntusunun olduğunu dedi”.