19 Sentyabr 2024
Ölkə futbolu

Qriqorçukdan vacib iclas: “Siz üzərinizdə təzyiq hiss etməyin, günah məndədi”

“Neftçi”də uğursuz gedişat davam edir. Premyer Liqada 6 tur geridə qalmasına baxmayaraq “ağ-qaralar” hələ də qələbə qazana bilməyib.

Komanda hazırda aktivindəki 4 xalla 9-cu pillədədir. Dünənki “Zirə” məğlubiyyətinin ardından isə baş məşqçi və komandaya azarkeşkər tərəfindən ciddi təpkilər var. 

Bu məğlubiyyət yalnız azarkeşlərdə deyil, komanda daxilində də ab-havanı korlayıb. Bu səbəbdən də baş məşqçi Roman Qriqorçuk futbolçularla təcili iclas keçirib.

Bu sabah gerçəkləşən iclasda ukraynalı mütəcəssis oyunçular önündə geniş çıxış edib.

Qriqorçuk “Heç biriniz günahkar deyilsiniz. Bu komandanın bu yerdə olması mənim üzümdəndir. Siz heç bir təzyiq hiss etməyin. Nəticə yoxdursa, ən böyük səhv mənimdi” – deyə, oyunçuların əhvalını düzəltməyə çalışıb.

Təcrübəli çalışdırıcı sonda komandaya inandığını və yaxın zamanda nəticələrin gələcəyini bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43