“Neftçi” dünən baş məşqçi Roman Qriqorçukla yollarını ayırıb. Ukraynalı mütəxəssis uğursuz gedişatın ardından “ağ-qaralar”la vidalaşdı.
Son turda “Kəpəz” məğlubiyyətinin ardından qəbul edilən qərar dünən rəsmən icra olunub. Ukraynalı artıq komandada nəyisə düzəldəcəyinə inanmadığını bildirərək, rəhbərliyə ayrılmaq istədiyini bildirib.
Bunun ardından tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Maraqlıdır ki, Qriqorçuk komandandan ayrılarkən heç kimlə vidalaşmayıb. O, futbolçularla nə görüşüb, nə də danışmaq istəyib. Hətta təcrübəli mütəxəssis münasibəti yaxşı olan şəxslərlə belə sağollaşmağı lüzum görməyib.
“Neftçi”dəki performansı gözləntilərin çox uzağında olan təcrübəli mütəxəssis səssiz-səmirsiz klubdan ayrılıb.
İdmanxeber.az