Dünya futbolu

Qriqorçukun namizəd olduğu posta Kaçkeviç gətirildi

Kiyev “Dinamo”sunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, komandanı belaruslu məşqçi Aleksandr Kaçkeviç çalışdıracaq. Artıq tərəflər arasında 2 illik müqavilə imzalanıb.

“Dinamo”nun sabiq futbolçusu bundan əvvəl Belarus millisinin baş məşqçisi olub.

Xatırladaq ki, bir müddət öncə komandanın baş məşqçi postuna “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun gətiriləcəyi deyilirdi. Hətta yayılan məlumata görə klubun prezidenti İvan Surkis Qriqorçukun komandaya gətirilməsi üçün “Qəbələ”yə kompensasiya da ödəmək niyyətində idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43