“İki çətin oyun keçirəcəyik. Malta ilə səfər matçı daha vacibdi. Bu oyunun nəticəsi son matçımız üçün böyük əhəmiyyət daşıyacaq. Maltaya qalib gəlsək, işimiz rahat olacaq”.
Bu sözləri Millətlər Liqasında millimizin rəqibi olan Kosovonun ulduz futbolçusu Valon Berişa deyib. “Latsio”nun yarımmüdafiəçisi qrup şansları barədə danışıb: “Qrup lideri olmaq üçün yaxşı komandamız var. Bu oyunlara yaxşı hazırlaşırıq. Qrup lideri olmaq üçün bütün gücümüzü meydanda qoyacağıq”.
Kosovo noyabrın 17-də səfərdə Malta, 3 gün sonra evdə Azərbaycanla qarşılaşacaq.