Kateqoriyasız

Qubada qolf turniri start götürdü

Bu gün Qubada Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş həvəskarlar arasında “2014 Azerbaijan  Cup” turnirinə start verilib. Turnirin açılış mərasimində Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov çıxış edərək Azərbaycanda qolf idmanının inkişafından danışıb. Anar Məmmədovun məlumatına görə, bu turnirin davamı olaraq 30 iyul-3avqust tarixlərində peşəkarlar arasında Beynəlxalq “Çelenc Kuboku” yarışı keçiriləcək.

Daha sonra Quba Qolf Klubunun mütəxəssisi Tom Hendersen çıxış edərək Qubada yaradılan şəraitdən danışıb. Onun sözlərinə görə, yaradılan imkanlar Azərbaycanda qolf idmanının inkişafına tövhədir.

Qeyd edək ki, bu gün start götürəcək yarışda 52 idmançı iştirak edəcək. Turnirin qalibi kuboka sahib çıxacaq. İkinci və üçüncü pillələrə yiyələnən idmançılara isə Azərbaycan Qolf Federasiya və Quba Qolf Klubunun hədiyyələri təqdim ediləcək. Bundan əlavə, iştirakçılar arasında keçiriləcək müsabiqədə topu bir zərbəyə hola salan idmançıya maşın hədiyyə ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43