Kateqoriyasız

Qurban Qurbanov 300-ə çatdı

“Qarabağ” klubu baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, yubiley Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mahirin Sulutəpədə qarət olunan villası – VİDEO

admin

“Sumqayıt”la oyuna ciddi hazırlaşırıq” – “Qarabağ”ın futbolçusu

admin

“Bütün dünyanın diqqəti bu oyunda olacaq” – De Byazi

admin