Kateqoriyasız

Qurban Qurbanov – 49!

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”la böyük uğurlara imza atan təcrübəli mütəxəssisin 49 yaşı tamam olur.

Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.

Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.

İdmanxeber.az saytının kollektivi Qurban Qurbanovu təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43