Kateqoriyasız

Qurban Qurbanov – 50!

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”la böyük uğurlara imza atan təcrübəli mütəxəssisin 50 yaşı tamam olur.

Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.

Ağdamlılar Qurban Qurbanovun başçılığı ilə 6 dəfə Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. Bundan əlavə, “Qarabağ” 2017/2018 mövsümündə Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Qurbanov daha bir ilkə 2021/2022 mövsümündə imza atdı. Onun rəhbərlik etdiyi “Qarabağ” yeni yaradılan Konfrans Liqasının qrup mərhələsində inamlı çıxış edərək adını pley-off mərhələsinə yazdırdı.

İdmanxeber.az saytının kollektivi Qurban Qurbanovu təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43