25 Oktyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov “Ayaks” oyununun hakimini tənqid etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ayaks” oyununun (0:3) baş hakimi Nikolas Uolşun qərarlarından narazı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında fikir bildirib. O, şotlandiyalı referinin idarəçiliyi barədə bunları deyib:

“Elvin Cəfərquliyevin “qırmızı” alması üzücüdür. Ancaq belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. İkinci hissədə Juninyonu iki əllə yıxanda penalti vermirsə, Romaonun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, biz komanda azlıqdadırsa, hesabda geridədirsə və ikinci “sarı”nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nə lsun ki, biz “Qarabağ”ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43