08 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçından (0:2) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis Cəbəllütariqdəki qarşılaşmanı dəyərləndirib:

“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bele örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43