26 Fevral 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Bakıdakı oyunda qol vura bilərdik”

“İlk oyundakı məğlubiyyətə (0:2) baxmayaraq, Almaniyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Bizim üçün belə bir komanda ilə, bu cür arenada oynamaq çox xoşdu. Yaxşı oyun göstərmək istəyirik”.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Ayntraxt”la (Frankfurt) cavab oyunu ərəfəsində keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, Bundesliqanı Azərbaycan çempionatı ilə müqayisə etmək olmaz. Ona görə də komandalar arasında fərq nəzərə çarpır: “Rəqibin şansları daha çox olsa da, biz yaxşı oyun nümayiş etdirəcəyik. Bundesliqa Avropanın ən güclü çempionatlarından biridir. Çempionlar Liqasının sonuncu finalında iki alman klubunun qarşılaşması da təsadüfi deyil”.

Q.Qurbanov ilk oyun haqqında isə bunları deyib: “Bakıdakı oyunda qol vura bilərdik. Ancaq imkanlardan istifadə etməyi bacarmadıq. Sabahkı oyunda mütləq erkən qol vurmalıyıq. “Qarabağ”ın Almaniyada da azarkeş dəstəyinin olacağına ümid edirəm. İstərdim ki, onlar gəlib bizi dəstəkləsinlər”.

Qeyd edək ki, “Ayntraxt” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək.

Mənbə: Azerisport.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43