Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” Çernoqoriya çempionu “Rudar”la qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” baş məşqçisi Qurban Qurbanov püşkatmadan sonra klubun rəsmi saytına öz təəssüratlarını bölüşüb:
“İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onları bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur “play-off” qarşılaşmasından daha önəmlidi”.