”Beşiktaş”da baş məşqçi Fernando Santosla yolların ayrılacağı gözlənilir.
İdmanxeber.az “Sabah” nəşrinə əsasən məlumat verir ki, “qara-qartal”ın portuqaliyalı mütəxəssisi əvəzləmək üçün 2 namizədi var – Qurban Qurbanov və Edin Terziç
”Beşiktaş” yaxın günlərdə Santosun gələcəyiylə bağlı qərarını verəcək. 69 yaşlı mütəxəssisin müqaviləsindəki bəndə görə sözləşmə erkən pozularsa, İstanbul klubu 500 min avro təzminat ödəməlidir.