19 Fevral 2025
Kateqoriyasız

Qurban Qurbanov: “Bir neçə oyunçu verilən tapşırığı yerinə yetirməyəndə…”

“Çox istədik qələbə qazanaq, alınmadı. Son bir həftəni Çumbinyoyla hazırlaşırdıq, amma o olmadı. Orta xətdə və hücum xəttində istədiklərimiz olmadı. Çox dəyişikliklərə əl atdıq, amma qol vura bilmədik. Bizi cavab oyununda daha maraqlı futbol gözləyir. Sizlər və azarkeşlər sağolsun. Şansımız yarı yarıyadır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualların cavablandırarkən deyib.

Ağdam klubunun çalışdırıcısı Çumbinyonun yoxluğundan danışıb:

“Çumbinyo zədəli idi deyə oynamadı. Əvəzləmələri düşündüyümüzdən tez etdik. İstədiklərimizi yerinə yetirə bilmədik. Bir neçə oyunçu verilən tapşırığı yerinə yetirməyəndə oyunda böyük dəyişiklik olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43