Ölkə futbolu

Qurban Qurbanov: “Biz Almaniyaya məğlub olmağa getməyəcəyik”

"Biz düşünürdük ki, burda "Ayntraxt"a məğlub olmayacağıq. Ancaq elə qol buraxdıq ki, biz o epizodlara görə əvvəlcədən hazırlaşmışdıq.

Bu sözləri Avropa Liqasının pley-off mərhələsi ilk oyunu çərçivəsində evdə "Ayntraxt"a 2:0 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası keçirilən mətbuat konfransında deyib. Mətbuat konfransına çıxarkən, jurnalistlər tərəfindən alqışlanan Qurbanov daha sonra bunları dilə gətirib:

"Səfər matçında yaxşı oyun göstərməyə çalışacağıq. Biz Frankfurtda daha sərbəst oynayacağıq. Baxmayaraq ki, onları güclü azarkeş ordusu dəstəkləyəcək. Biz Almaniyaya məğlub olmağa getməyəcəyik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43