Kateqoriyasız

Qurban Qurbanov: “Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq”

Topaz Premyer Liqasının XI turunun sonuncu oyununda “Qarabağ” “Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlinin zirvəsinə yeksəldi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib gəldikləri matçı belə şərh edib:

“Bizim üçün hər bir qələbə vacibdir. Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43