“Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyundan razı qaldım”.
İdmanxeber.com-un “Trend”ə istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”ə qarşı keçirilmiş oyundan sonra deyib.
Armenterosun epizodunda penalti olduğunu düşünən Qurbanov bəxtsizlikdən gileylənməyin doğru olmadığını bildirib: “Belə oyunlarda kiçik boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm, düzgün alınmaz. Bizim indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib”.