“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İtaliyadan `İnter`, Fransadan `Sent Etyen` və Ukraynadan `Dnepr`lə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov klubunn rəsmi saytına verdiyi açıqlamada püşkü dəyərləndirib:
“Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəymizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. `İnter`in dünya futbolunda mövqeyi bəllidi. Bunu müzakirə etməyə belə dəyməz. `Sent Etyen` Fransanın ən titullu komandasıdı. Cari mövsümə də olduqca yaxşı başlayıblar. `Dnepr` isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmalar yaddaqalan olacaq”.