27 Noyabr 2022
Kateqoriyasız

Qurban Qurbanov: “Çətin və maraqlı qrupa düşmüşük”

Qurban Qurbanov rəqiblər barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. “Qarabağ”ımız E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov püşk haqda fikirlərini bildirib: 

“Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir  oyunumuz çətin olacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” – De Byazi

admin

“Bizim futbolçularla maraqlanan Türkiyə klubları var” – “Neftçi”nin prezidenti

admin