UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq `Yanq Boys` – `Qarabağ`oyunu öncəsi mətbuat konfransı keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandırıb. Qurbanov sabahkı oyunla bağlı bunları deyib:
“Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdır, buna görə sabah maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması bizim oyunumuza mane olmayacaq, biz artıq buna alışmışıq. Cütün favoritini söyləmək mümkün deyil, şanslar bərabərdir.”