Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Dnepr” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransı keçiriləcək.
İdmanxeber.com-un Dnepropetrovski təmsilçisinin saytına istinadən verdiyi məlumata görə, “Olimpiya” stadionunda baş tutacaq konfransda ilk olaraq “Dnepr”in baş məşqçisi Miron Markeviç sualları cavablandıracaq.
Bundan sonra isə Qurban Qurbanov oyun öncəsi fikirlərini açıqlayacaq. “Qarabağ” Ukraynada məşq etməyəcək.
“Dnepr”in oyunöncəsi son məşqi isə saat 20:00-da start götürəcək.