Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçulara iradımızı çatdıracağıq”

“Rəqibi qələbə ilə təbrik edirəm. Heyətdə müəyyən dəyişiklilər etsək də, oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” ilk hissədə daha yaxşı təsir bağışladı, qol vurmaq şansları daha çox idi. Fasilədən sonra biz daha yaxşı oynasaq da, qapımızda qol gördük. Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Sumqayıt”a məğlubiyyəti şərh edən Ağdam klubunun çalışdırıcısı futbolçulara iradını çatdıracağını bildirib:

“Bu oyunu təhlil edib, futbolçulara iradımızı çatdıracağıq. Yanvar ayından “Sumqayıt” baxımlı oyun göstərir. Komanda sürətli əks-hücumlar qurmağı bacarır. Onlara gələcəkdə uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43