Ölkə futbolu

Qurban Qurbanov hakimlərə məsləhət verdi: “Hakimlərə məsləhətim odu ki,…”

Topaz Premyer Liqasının VIII turunda “Qəbələ”ni qəbul edən “Qarabağ” növbəti qələbəsini qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra görüş barədə bu sözləri deyib:

“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydançaya çıxmışdıq. Bunu reallaşdırdığımız üçün sevinirəm.  Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43