26 Dekabr 2024
Ölkə futbolu

“Qurban Qurbanov hamımızı öpdü, bağrına basdı” – Toral Bayramov

“Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, Azərbaycan xalqını sevindirə bildik. Komandamla qürur duyuram. Qurban Qurbanov da soyunub-geyinmə otağında bizi təbrik etdi. Tarixi uğurla bağlı hisslərini bizimlə bölüşdü, hamımızı öpdü, bağrına basdı. Komanda ilə qürur duyduğunu dedi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov “Hekken” görüşü sonrası deyib. O, növbəti tur barədə belə danışıb:

“Rəqib kim olur-olsun oyunumuzdan əl çəkən deyilik. Pley-off mərhələsində məqsəd həmin komandanı keçmək olacaq. Əlimizdən gələni edəcəyik ki, irəli gedək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43