Kateqoriyasız

Qurban Qurbanov: “Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Qurbanov bu fikirləri bildirib:

“Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra  “İnter”in heyətində çox dəyişikilklər olacaq. Üstünlüyün rəqib tərəfində olduğunu bilirik. Bizi çətin və ağır oyun gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq. Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdı. Əsas odur “İnter”ə oynamağa imkan verməyək. Məni də çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədir. Sistemlərini bilirik, futbolçularına bələdik. Amma onlar meydana fərqli heyətlə çıxa bilərlər. Buradan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar. Ola bilər ki, “İnter”in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti “İnter”di. Bizə burada nə qədər çətin olacaqsa, “İnter”ə qarşı oynamaq “Sent Etyen”ə bundan da ağır olacaq. Komandanı Milana 3 gün əvvəl tez gətirdik. Belə bir proqram tutduq ki, futbolçular bir qədər də burada artıq olsunlar və buralara uyğunlaşsınlar.  Həqiqətən də bu matçın yeri başqadı. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq. İşğal olunduğu üçün ev oyunlarımızı Ağdamda keçirə bilmirik. Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43