Topaz Premyer Liqası XVIII turu çərçivəsində “Qarabağ” “Qəbələ”ni qəbul etdi
İdmanxeber.com-un məlumatına görə, oyun 1:1 hesablı bərabərliklə yekunlaşdı.
Matçdan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bu fikirləri səsləndirib.
“Maraqlı ve sürətli oyun oldu. Azarkeşlərə hər dəqiqəsi həyəcanlı olan görüş bəxş etdiyimizi deyə bilərəm. Oyuna nəzarəti əldə saxlamağa çalışdıq. Baxmayaraq ki, məğlub da ola bilərdik. İkinci topu vursalar, bizimçün çox çətin olacaqdı. Ümumilikdə yaxşı il keçirdik ve hər iki komanda yaxşı istirahəti haqq edir. Hücum xəttində problemim həmişə olub. Eləcə də digər komandalarda bu problem görünür. Amma məşqçi gərək taleyindən şikayətlənməsin, hər vəziyyətdən çıxış yolu tapsın”.