ÇL-in ikinci təsnifat mərhələsində ilk görüşdə “Valletta”nı reqib meydanında məğlub etmeyi bacaran (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cavab görüşü öncəsi keçirilən mətbuat konfransında sualları cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis səfər oyunundakı səhvlərindən danışıb və suallara bele cavab verib:
“Rəqib tanış rəqibdir. Maksimum məlumat əldə etməyə çalışırıq. Səfər oyununda çox səhvlərimiz, gözlədiyim çətinliklər oldu. Bu da normal haldı. 1 aylıq tətildən sonra futbolçular istər-istəməz öz oyunarını göstərə bilmir. Yaxşı nəticə ilə dönməyimizə baxmayaraq, cavab oyununa həddən artıq ciddi hazırlaşmışıq. Bəzi oyunçulaırnın ustalıq səviyyəsi yuxarıdır və təcrübəlidir. Məşqçiləri milli komandada oynamış, Avropa təcrübəsi olan biridir. Çalışacağıq ki, diqqətli olaq və səhvsiz oynayaq”.
– Bu oyunu “Zalsburq”un nümayəndələri izləyəcək. Ola bilər ki, bu oyunda QUrban Qurbanov nəyisə gizlətsin?
– Yəqin ki, səmimiyyətimə inanırsınız. Mən nə “Zalsburq”u, nə də hansısa təcrübəni düşünmürəm.
– Zədəli futbolçuların vəziyyəti nə yerdədir?
– Maksim gələn həftədən tam komandaya qoşulacaq. Rəşadın isə vəziyyəti normaldır. Komandanın çoxlu məşqlərini buraxdı. Həm fərdi, həm də komandayla məşqləri davam etdirir. Bu oyunda Rəşad da olamayacaq.
– “Valletta” ilə ilk oyunda tam təhlil apara bilməmişdiniz. Səbəb nə idi?
– Əlimizdə material az idi. Bir neçə oyunlarını izləmişdik. Sonra həm heyət, həm də məşqçiləri dəyişdi. Buna görə problemlərimiz oldu.
– Adətən klublarımız 20 və 21:00-da oynayır. Bu dəfə niyə 21:30-da oynayacaqsınız?
– Gec yaxşı deyil mi? İftara görə bu addımı atmışıq.