21 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “İnamımız böyükdür, yaxşı hazırlaşmışıq”

“Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: 

“Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır.

Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır. “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43