Premyer Liqa

Qurban Qurbanov: “İnanıram ki, zaman keçdikcə “Xəzər Lənkəran” daha yaxşı yerlərə gələcək”

Premyer Liqanın XI turunda “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”ı qəbul edib.
Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov qarşılaşma haqda bunları deyib:

“Bu cür oyunlar çox olsa, futbolumuzun daha tez inkişaf edəcəyini düşünürəm. Oyun yüksək tempdə keçdi. “Xəzər Lənkəran” məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi. İnanıram ki, zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı. Bizim komandada istək daha çox idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43