22 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “İnanmıram ki, rəqibin qapısına belə bir penalti verilərdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”lə Bakıdakı matçından (0:1) sonra “CBC Sport”a açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüşü belə dəyərıəndirib: 

“Futbolçularıma təşəkkür edirəm. 1 xal qazanmaq üçün çox böyük şansımız var idi. Əfsuslar olsun ki, sonda anlaşılmaz bir penalti verildi. Məğlub olduq. Azarkeşlərə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm”.

O, görüşün referisinin mübahisəli epizodda rəqibin xeyrinə penalti qərarı verməsinə toxunub:

“Bəlkə də qaydalara görə hakim penalti verə bilərdi. Amma verməyə də bilərdi. Mən inanmıram ki, rəqibin qapısı qarşısında belə epizod olsaydı, hakim penalti verərdi. Bəzən hakimlər komandaların səviyyə fərqini də fikirləşməlidirlər. Bundesliqa klubu gəlib bu azarkeşlər önündə oynayır. Bir az centlmen olmaq lazımdır. Maksim də topu görmürdü. Deyəcək bir şey yoxdur. Belə hallar çox olub. Hakimlər həmişə böyük komandalara üstünlük verirlər”

Qurbanov hücum planında dəyişikliklər etməkləri barədə də danışıb:

“Oyun gedişatına görə dəyişikliklər etdik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin hücumlarının qarşısını ala bildilər. Bu, futboldur. Təbii ki, 90 dəqiqə ərzində hər şeyi tam ideal edə bilməzsən. Amma 90 faiz tapşırıqları düzgün yerinə yetirdilər. Qalan 10 faiz rəqibin futbolçularının ustalığından, bacarığından asılı idi. Sonda Marko Veşoviç özü dəyişiklik istədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43