Kateqoriyasız

Qurban Qurbanov İsveçrəyə yollanmamış “Sürix”lə bağlı nə dedi?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab oyunu öncəsi nurnalisərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, rəqibi daha yaxından tanıdıqlarını bildirib:

“Oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq”.

50 yaşlı mütəxəssis səfərə böyük ümidlə yollandıqlarını bildirib: “Ağıllı oyun qurmaq və yaxşı mübarizə aparmaq istəyirik. Bəzi risklərə getmək lazım olacaq. Komandanın bugünkü durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. İki günümüz var. Qalan xırda elementləri bu müddətdə daha çox nəzəriyyə və taktiki-texniki hazırlıqla futbolçulara çatdıracağıq”.

Qeyd edək ki, iyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43