Topaz Premyer Liqasının mərkəzi görüşündə “Qarabağ” “Neftçi”nin qonağı olub. Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov oyundan sonra görüş barəsində fikirlərini bildirib:
“Rəqibi təbrik edirəm. Məğlubiyyəti haqq etdik. Futbolda belə hallar olur. Oyunçularım çox sıx qrafikdə mübarizə aparır. Belə məğlubiyyətlərə hazır olmalıyıq. Çox da danışılası bir şey yoxdur. Təbi ki, məğlubiyyətin səbəbini öz armızda danışacayıq. Mə onların yanında olmalıyam. Heç kim məğlub olmaq istəmir. Bəzən səhvlər edirik. Bunu aradan qaldırmaq isə bizim işimizdir.”
-Nə vaxtadək oyunçuların yanında olacaqsınız ?
-Məncə, hər zaman oyunçularımın yanında olmalıyam. Onlar məndən dəstək görməlidirlər. Səhvlər təbii ki, var. Bunları aradan qaldıracayıq.
-“Vorskla” oyununun təsiri var idi bu gün ?
-Mütləq ki, vardır. Hər məğlubiyyətdən sonra psixoloji təsir olur. O oyunda oyunçularım çox yorulmuşdular. Hətta bəzi oyunçuları dinləndirmək lazım idi. Bütün oyunçularım meydanda güc qoydular. Ancaq məğlubiyyətin səbəbinin belə şeylərdə axtarmıram. Bəzi məğlubiyyətlərin faydası olur. Növbəti oyunlara hazırlaşmalıyıq.
-Oyunçulara dəstək olmalı olduğunuzu dediniz .Bəs əlinzidəki heyət çempionluq üçün yetərlidir ?
-Mən hər bir oyunçuya güvənirəm. Biz bu heyətlə çox yaxşı uğurlar qazanmışıq. Çempiontada problemlər yaşayacağımıza inanmıram. Ümumən bu futbolçulara güvənməliyik. Qarşıdakı oyunlarda daha da yaxşı olacaq.
-Mirabdulla qol vurduqdan sonra “Neftçi” azarkeşləri onu milliyə dəvət etmənizi tələb etdi. Onu milliyə dəvət edəcəksiniz ?
-Dəfələrlə demişəm ki, bütün oyunçular nəzarətdədir. Hər bir oyunçu milli komandaya dəvət ala bilər. Hər toplanışda yeni futbolçular olur. Mirabdulla da onların içərisində ola bilər.