07 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Mahir Mədətova heç bir təklif yoxdur”

“İki komandada bir hissə yaxşı oynadı. Hər iki komanda bir xala layiqdi. Rəqib yanvardan bu yana son 3 oyundu yaxşı çıxış edir. Samir Abaso istədiyi oyunu ala bilir. Bizim üçün də, rəqib üçün də çətin anlar oldu. Hazırlaşdığımız hücumları meydana göstərəndə sevinirik. Sadəcə qol vura bilmirdik. Qarşıdakı oyunlar daha da çətin olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçissi Qurban Qurbanov evdə keçiridyi “Zirə” matçından sonra deyib. Qurbanov daha sonra elə komandasının qış fasiləsindən sonra itirdiyi xallara münasibət bildirib:

“Bu barədə narahatçılıq həmişə olur. Qalib gəldiyimiz oyularda belə bəzən narazılığımız  olur. Xal itirmək yalnız yanvarda yox, dekabra kimi də oldu. Çempionluq üçün çox xala toplamalıyıq. Bəzən belə hallar yaşınıır. Mövsüm boyu bütün qarşlşamlara gərgin keçir. Belə oyunlar qarşıdakı oyunlara daha ciddi hazırlaşmağa vadr edir. Çempionatda komandalarla çox görüşdüyümüz  üçün rəqiblər səni tanıyır. Futbolçular da artıq inamlı oynamağa başlayır. Bəzən biz zəif,  bəzən də rəqib güclü ola bilər. Biz həmişə daha da gücü olmaq istəyirik. Mən komandamdan razıyam”.

Təcrübəli mütəxəssis Mahir Mədətov və Ansi Aqollinin koamandada ayrılıb-ayrılamyacağını belə şərh edib:

“Son iki ildir Mahir haqda belə təklf var deyilir, ancaq kluba heç bri rəsmi təklif yoxdur.  Aqolliyə təklif var. Yazılanlar doğrudur. Onun ailəsi Amerikada yaşayır. Bir aya yaxındır danışıqlar gedir. Ansi barədə konkret qərar verilməyib. Onunla danışıb yekun qərar martın 15-dən sonra veriləcək”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43