“Qarabağ”ın baş məşqçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, o, cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:
“Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. “Seltik”in baş məşqçisini və futbolcularını təbrik edirəm.
Komandam yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda 10 minlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. “Qarabağ”ın da “Seltik” kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər”.
Qeyd edək ki, “Qarabağ” – “Seltik” cavab görüşü avqustun 5-i 21:30-da başlayacaq.