24 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Mənim heç bir hakimlə işim yoxdu”

Topaz Premyer Liqasının XIV turu Azərbaycan derbisi ilə əlamətdar oldu. 

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da “Qarabağ”ı  qəbul edən “Neftçi” 1-0 hesablı qələbə qazandı.

Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu sözləri deyib:

 “Qələbə münasibəti ilə “Neftçi”ni təbrik edirəm. “Neftçi” həmişə olduğu kimi istəkli idi. Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim. Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar, hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı “Neftçi” qazandı, qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, “Neftçi” mənim üçün doğma klubdur, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdir, bura “Neftçi” də daxildir.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43