13 Avqust 2022
Kateqoriyasız

Qurban Qurbanov millinin heyətini açıqladı

Yığmamızın Millətlər Liqasının ilk iki oyunu – Kosovo və  Malta ilə keçiriləcək görüşlər üçün heyəti açıqlanıb.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Qurban Qurbanov 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana” Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);

Hücumçular: Mahir Mədətov (“Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).

Qeyd edək ki, millimiz sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Millimizin üzvü Ukraynada qol vurdu, komandası heç-heçə

admin

“Zirə” Türkiyə klubu ilə üz-üzə

admin

Tovuzda rekord

admin