İdman

Qurban Qurbanov: “Müdafiə Nazirliyi razılıq versə…”

“Bu gün bizə heç də xoş olmayan gün deyil. Analarımız, bacılarımız, nənələrimiz, babalarımız, igid oğullarımız canlarəndan keçiblər ki, biz xoşbəxt yaşayaq. Biz də klub adından bugünkü günonları yad etməyi özümüzə borc bildik. Allah onlara rəhmət eləsin. Bu gün heç danışılası gün deyil”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Xocalı soyqırımı ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş təşkil edib. Azarkeşlər və klub rəsmilərinin iştirak etdiyi yürüş hələ də davam edir. 

“Köhlən atlar”ın çalışdırıcısı Q.Qurbanov yürüşdə iştirak edən meda mənsublarının da suallarını cavabsız qoymayıb. O, cəbhə bölgəsində xidmət edən əsgərlərin 

“Mən dəfələrlə demişəm ki, biz əsgərlərimizin yanındayıq. Onlar hamımızdan ağır bir işin altındadı. Əgər hər hansı bir problem olmasa onların yanına getməyə hazırıq. Əgər Müdafiə Nazirliyi razılıq versə biz getməyə hazırıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43