Kateqoriyasız Ölkə futbolu

Qurban Qurbanov oğlu ilə bağlı suala cavab verə bilmədi

Topaz Premyer Liqasınən XVIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” səfərdə “Sabah”la (1:1) qarşılaşıb. Oyunun ardından Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfrası keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

Qurban Qurbanov: “Maraqlı oyun oldu. Qələbə qazanmaq istəyirdik. Lakin epizodlardan istifadə edə bilmədik. Buna görə də, iki xal itirdik”.
-Araz Abdullayev niyə əsas komandadan əvəzedici komandaya göndərilib ?
-Ondan gözlədiyim oyunu görmədiyim üçün bu addımı atmışıq.
– Coşqun Diniyevdən belə bir oyun gözləyirdiniz?
-Hər bir futbolçu komandadan gedəndə sabiq klubuna qarşı daha istəkli oynayır. Bu sevimdirici haldı ki, Coşqun artırıb.
– Ehtiyat oyunçular skamyasında oyunun nəticısini dəyişə bilən futbolçular var idi. Onlara niyə şans vermədiz?
-Oyunun bitməsinə 10 dəqiqə qalmışdı. Ona görə Emeqaranı meydana buraxmaqla əvəzetmədə gedəcək vaxta görə bu qərara gəldim. Zubirin isə oyundan ömcə zədəsi var idi. Buna görə də onu meydana buraxa bildim.
– Sabah “Neftçi” “Səbail”lə qarşılaşır. “Səbail”in qələbəsini arzulayarsiz ?
-Xeyr. Çünki əsas öz oyunumuzdu.
Oğlunuz ötən gün əvəzedici heyətdə iki qol vurdu. Əsas komandada nə vazt onu görəcətik?

-Əfsuslar olsun ki, bu barədə heçnə deyə bilməyəcəm. Çünki qol vurmaq hər şey demək deyil.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43