26 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Ordakı problemdə mənim adımı hallandırdılar”

Azərbaycan Premyer Liqasında II turun “Qarabağ” – “Səbail” (3:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi….

– Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Rotasiyalar etmişdik. Belə proqramda oyunlara hazırlaşmaq asan deyil. Birinin zədəsi olur, biri yorulur və s. Amma düşünürəm ki, qarşıda tam formalarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram.

– Bu gedişlə Musa Qurbanlının əsas heyətin daimi üzvünə çevriləcəyini söyləmək olarmı?
– Bu gün əsas heyətdə idi. Fərqi yoxdu, oğlumdu, ya digəridi, hər bir oyunçunun işgüzarlığından çox şey asılıdı. İstəyərəm ki, hamısı 90 dəqiqə tempi qoruya bilsin. Hər şey özündən asılıdı. Üzərində çox çalışmalıdı. Bu qollar bizi aldatmamalıdı. Bacarığını qoruyub saxlamaq üçün daha artığını etməlidilər.

– Kevin Medina ilə Riçard Almeydanın durumu necədi?
– Medinanın durumuna axşam saatlarında və ya sabah aydınlıq gələcək. Əzələsində problem göründü. Almeydada yorğunluqdan irəli gələn problem idi. Çoxdandı oynamırdı. Oyun tonusundan uzaq idi, yoğrunluq hiss olundu.

– Son dəqiqələrdə əvəzetmə imkanınız olmadığı üçün azlıqda oynadız. Azərbaycan çempionatı azsaylı liqalardandı ki, əvəzetmə sayı 3 olaraq qalıb…
– Keçən il belə bir müraciət gəlmişdi klublara. İstədik ki, minimum 4 olsun. Ola bilər ki, hər komanda üçün uyğun olmazdı. Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsin, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları artırlar. Buna ehtiyac var. Özüm də görürəm. Futbolda mübarizə çoxalıb, sürət artıb. Həm avroliqa, həm çempionat, həm kubok, həm milli komanda oyunları var. 3 gündən bir meydana çıxmalı olursan. Keçən il bunun əziyyətini çox çəkdik. Bir neçə oyunçumuz millidən zədəli qayıtdı, bəziləri avrokubokda zədələndi. Hər oyunçunun dözmək qabiliyyəti eyni deyil. Çox istərdim ki, əvəzetmə sayı artırılsın. Həm oyunçuları qorumaq, həm də gənc futbolçuların daha çox şans qazanması baxımından əhəmiyyətlidi. Müsbət cəhətləri çoxdu. Belə bir müraciət etmişəm. Klublar Komitəsinin yığışmasını gözləyirik. Yəqin ki, fasilə müddətində iclas olacaq.

– “Aberdin”lə oyunöncəsi əsas narahatlıqlarınız nələrdi?
– Belə oyunlarla bağlı heç vaxt narahatlığım olmayıb. Sadəcə, bu cür matçlardan öncə futbolçularımın sağlam olmasını istəmişəm. Bəzən dəyişikliklər etmək lazm olur. Narahatlığım bircə futbolçularımın sağlam olmaması və ya cəzalı duruma düşməsidi. Oyun planı baxımından problem yoxdu. Əksinə, belə matçları həmişə istəmişəm. Ki, futbolçular o məsuliyyəti hiss etsinlər.

– “Aberdin”i keçsəz, yenə Respublika stadionunda oynamağa davam edəcəksiz?
– Hazırda o barədə düşünmürəm. Son vaxtlar bu mövzu çox müzakirə olundu. Sanki bir az bizim üzərimizə də atdılar. Mənim də adımı hallandırdılar. Bir şeyi bilməlidilər ki, həmin işçilər bu meydançaya da (“Azersun Arena”nı nəzərdə tutur – re.d) baxırlar. Əgər problem varsa, hamı bunu qəbul etməlidi. Öz komandamda çatışmazlıq görürəmsə, niyə də məsuliyyəti üzərimə götürməməli və düzəltməyə çalışmamalıyam… Fikrimi buna çox yönəltmək istəmirəm. İnşallah, qarşımızdakı səddi keçək, digər probıem barədə düşnməyə vaxtımız olacaq.

– Yeni transferiniz İbrahima Vadjinin uyğunlaşması necə geri?
– İnanıram ki, performansında problem olmayacaq. Gəldiyi ölkədə çempionat davam edirdi. Hiss etdiyim odu ki, komandaya uyğunlaşmasında problem olamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43