15 Avqust 2022
Kateqoriyasız

Qurban Qurbanov püşkü dəyərləndirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”la (Lüksemburq) birgə A qrupunda yer almalarına belə münasibət bildirib:

“Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. “Düdelanj”la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. “Sevilya” isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Quba klubu “Neftçi”nin yetirməsini transfer etdi

admin

Azarkeş “Liverpul”un qapıçısını zədələdi

admin

Azərbaycanlı idman jurnalisti koronavirusa yoluxdu – Foto

admin